Fotoxronika : Tetçer Bakıda neft müqaviləsi mərasimində

15.02.2025

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tetçer Bakıda neft müqaviləsi mərasimində. AzPost “Fotoxronika” layihəsi çərçivəsində bu nadir fotonu təqdim edir.

Bakı. Sentyabr. 1992-ci il.

Britaniyanın “Britiş Petrolium” (BP) şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında ilk neft sazişinin imzalanma mərasimi.

Mərasimdə Britaniyanın sabiq Baş naziri Marqaret Tetçer iştirak edib.

Sazişi BP-nin prezidenti Braun və ARDNŞ-in prezidenti Sabit Bağırov imzalayır.

Bu saziş 4 maddədən ibarət olub. Mətni indiyə qədər açıqlanmayıb.

SOCAR-ın sabiq prezidenti Sabit Bağırov illər əvvəl müsahibəsində deyib ki, xanım Tetçer 1992-ci ildə Bakıya gələndə BP-nin arzuladığı 2 memorandum – həm “Çıraq”, həm də “Şahdəniz” üzrə imzalandı.

SOCAR-ın sabiq rəhbəri qeyd edib ki, Bakı Britaniya ilə deyil, BP ilə danışıqlar aparırdı: “Özü də tək BP ilə deyil. O zaman xarici şirkətlər Konsorsiumunda aparıcı rol ABŞ-ın AMOKO şirkətində idi. Ümumiyyətlə Konsorsiumun bütün üzvləri ilə danışıqlar gedirdi. Ekspertlər səviyyəsində də böyük iş gedirdi. ARDNŞ-nin bir çox mütəxəssisi müzakirələrdə iştirak edirdi”.

1992-ci ildə Britaniyanın sabiq Baş naziri Marqaret Tetçer neft danışıqlarında lobbiçilik etmək üçün Azərbaycana səfər edib.

S.Bağrov bildirib ki, müqavilənin ratifikasiyası üçün 2 ay vaxt çatmadı. 1993-cü ildə Gəncədə iyun qiyamı ilə AXC hakimiyyəti devrildi.

“TikTok”da izləyin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью