Four Seasons Hotel yanır

19.03.2026

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Rusiyanın paytaxtı Moskvadakı Four Seasons Hoteldə yanğın başlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, yanğın restoranının ventilyasiya sistemində baş verib.
Agentliyin məlumatına görə, "Oxotnıy Ryad küçəsi, 2 ünvanında yerləşən restoranın ventilyasiya şaxtasında baş vermiş yanğının söndürülməsi üçün əraziyə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb edilib. Həmçinin, əraziyə təcili-tibbi yardım maşınları da göndərilib.
Restoran və mağazaların yerləşdiyi binanın bir hissəsindən özləri təxliyə olunublar. Xəsarət alanlar barədə məlumat yoxdur.
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью