Fövqəladə hallar naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək

16.07.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 iyul, AZƏRTAC

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 18-də Gədəbəy şəhərində, Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Gədəbəy və Şəmkir rayon sakinlərinin müraciətlərini dinləyəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı iyulun 17-də Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью