Fövqəladə hallar naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

18.04.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 aprel, AZƏRTAC

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 21-də saat 10:00-dan Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında Naxçıvan Muxtar Respublikası sakinlərinin qəbulunu keçirəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı nazirliyin binasında aprelin 20-də saat 11:00-dan başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel: +994 (12) 512-01-14, e-mail: [email protected] 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью