Fövqəladə hallar naziri Xaçmaz və Şabran sakinlərinin müraciətlərini dinləyib AZƏRTAC

06.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 dekabr, AZƏRTAC

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 6-da Xaçmaz şəhərində, nazirliyin Şimal Regional Mərkəzinin binasında Xaçmaz və Şabran rayonlarının sakinləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə nazir Kəmaləddin Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Xaçmaz və Şabran sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə Prezidentə minnətdarlıq ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью