Fövqəladə hallar naziri Xızıda vətəndaş qəbulu keçirəcək AZƏRTAC

15.01.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xızı və Siyəzən rayonlarının sakinləri ilə görüş keçirəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul yanvarın 17-si saat 10.00-da Xızı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı yanvarın 16-da Xızı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-dan etibarən başlayacaq.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Qəbulla bağlı +994 (12) 512-01-14 əlaqə nömrəsindən və ya [email protected] e-mail ünvanından əlaqə saxlamaq olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью