Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

07.09.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəz (RM) tərəfindən Xətai rayonu 14 saylı Şəhər Poliklinikasında, Binəqədi rayonu 158 saylı körpələr evi-uşaq bağçasında, Respublika Diaqnostika Mərkəzində və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər 49 və 70 saylı körpələr evi-uşaq bağçalarında, Cənub RM tərəfindən “Azərenerji” ASC-nin “Astara” elektrik stansiyasında, Muğan RM tərəfindən İmişli rayonu Bəhrəmtəpə Hidroqovşağının İstismarı idarəsində, Gəncə RM tərəfindən Tovuz Rayon Statistika İdarəsində, Şimal-Qərb RM tərəfindən Oğuz rayon Olimpiya İdman Komleksində, Aran RM tərəfindən Goranboy Rayon İcra Hakimiyyəti başçısının Rus Borisi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində işləməyən əhali üçün maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью