Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Florida ştatının Cənub Dairəsinin Federal Məhkəməsi 2024-cü ildə Donald Trampın seçki kampaniyası zamanı ona qarşı sui-qəsd cəhdində təqsirli bilinən Rayan Uesli Rutu ömürlük həbs cəzasına məhkum edib.
"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
"Rayan Rut ömürlük həbs cəzasına məhkum edilib", - telekanalın "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
Xatırladaq ki, 2024-cü ildə Tramp iki sui-qəsd cəhdindən sağ çıxıb. İyulun 13-də Pensilvaniyada gələcək prezidentin seçicilər qarşısında çıxışı silah səsləri ilə kəsilib. İyirmi yaşlı Tomas Metyu Kruks təhlükəsizlik perimetri xaricində binanın damından atəş açıb. Güllələrdən biri Trampın qulağına dəyib və o, səhnədən ABŞ Məxfi Xidmətinin agentlərinin müşayiəti ilə enib.
Sentyabrın 15-də siyasətçinin Floridada oynadığı qolf klubunda atışma baş verib. Silahlı şəxs Trampdan təxminən 500 metr aralıda kolluqların arasında olub. Tüfəngin lüləsini görən Gizli Xidmət agentləri atəş açıblar. Şübhəli silahı yerə ataraq avtomobilə minib qaçsa da, tezliklə yaxalanıb.