FP: Tramp Moskva və Kiyevi günahlandıra və vasitəçilikdən imtina edə bilər

10.06.2025

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Moskva və Kiyevi onun xahişlərini yerinə yetirməməkdə ittiham edərək Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçiliyi dayandıra bilər. Bu barədə "Foreign Policy" (FP) mənbələrə istinadən yazır. Eyni zamanda, nəşrin yazdığına görə, ABŞ kəşfiyyat məlumatlarını Ukraynaya ötürməkdə davam edəcək.

Mənbənin sözlərinə görə, Amerika rəsmiləri hesab edirlər ki, ABŞ Ukraynanın mümkün məğlubiyyətindən zərər görməməlidir. Onlar Kiyevi hərbi yardımla təmin etməkdə davam etməyi planlaşdırırlar, “əgər bu çox baha başa gəlməyəcəksə”. May ayında Ağ evin mətbuat katibi Karolin Levitt Donald Trampın “münaqişənin hər iki tərəfindən yorulduğunu və məyus olduğunu” bildirmişdi. Vitse-prezident J.D.Vens də bildirib ki, prezident administrasiyası münaqişənin həllində “dalan nöqtə” görür.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью