FramePack : Adi oyun kompüterləri ilə video yaratmaq üçün pulsuz AI

21.04.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Süni intellekt (AI) tədricən həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, süni intellekt texnologiyalarından istifadə etmək hələ ki, asan deyil. Çünki süni intellekt alətlərindən məhdudiyyətsiz istifadə etmək üçün külli miqdarda vəsait xərcləmək lazımdır.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, "GitHub"da paylaşılan "FramePack" adlı yeni layihə, süni intellektin öz kompüterlərimizdə video hazırlamasını asanlaşdırmağa çalışır.

"FramePack" eyni adlı neyron şəbəkəsi arxitekturasında qurulub. 13 milyard parametrli model sadəcə 6 GB VRAM tutumu təklif edən istənilən GPU ilə kompüterlərdə yerli olaraq video istehsal edə bilər. Yaradılan videoların 60 saniyə uzunluğunda olmasına baxmayaraq, istifadəçilər "FramePack" sayəsində əla təcrübə qazanacaqlar.

"FramePack" arxitekturasını bazardakı digər süni intellekt modellərindən fərqləndirən cəhət onun çoxmərhələli optimallaşdırma üsullarından istifadə etməsidir. Əvvəlcədən öyrədilmiş modelləri incə tənzimləməyə də imkan verən "FramePack" arxitekturası, istifadə etdiyi sıxılma üsulları sayəsində GPU yaddaş yükünü əhəmiyyətli dərəcədə azaldır. Beləliklə, evlərimizdə istifadə etdiyimiz kompüterlər süni intellektlə videolar hazırlamağa kömək edir.

"FramePack"in "GitHub" səhifəsindəki məlumata görə, bu alətdən istifadə etmək üçün NVIDIA-nın GeForce RTX 3000, 4000 və ya 5000 seriyalı qrafik kartlarına sahib olmalısınız. Komanda deyir ki, köhnə qrafik kartları ilə heç bir sınaq aparılmayıb.

AMD və Intel GPU-lar üçün heç bir məlumat paylaşılmır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью