Fran Qarsiya “Betis”ə keçir

08.07.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyanın “Betis” futbol klubu “Real”ın müdafiəçisi Fran Qarsiyanı transfer etməyə yaxındır.

İdman.Biz xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Sevilya təmsilçisi “Real”la 26 yaşlı sol cinah müdafiəçisinin keçidi ilə bağlı prinsipial razılıq əldə edib. Transferin rəsmiləşməsi üçün sənədlərin imzalanması qalıb.

Qarsiya “Betis”lə şəxsi şərtlərdə də razılığa gəlib. Bildirilir ki, onun yeni klubu ilə dördillik müqavilə imzalayacağı gözlənilir.

“Real” bu keçid üçün 10 milyon avroya (20 milyon AZN) yaxın məbləğ tələb edir. “Betis” son təklifini Madrid klubunun istəyinə yaxınlaşdırıb.

Qeyd edək ki, Qarsiya “Real”ın yetirməsidir. O, daha əvvəl “Rayo Valyekano”da çıxış edib, 2023-cü ildə isə Madrid klubuna qayıdıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью