France Presse Agentliyinə kiberhücum olub AÇIQLAMA

27.11.2026

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransanın "France-Presse" Agentliyi (AFP) kiberhücuma məruz qalıb. SİA xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

"Bu gecə AFP kiberhücuma məruz qalıb. Bu hücum müştərilərimizin materialları izlədiyi və yüklədiyi platformalardan biri olan "AFP Forum"a qarşı yönəldilib", - məlumatda bildirilib.

İcazəsiz giriş aşkar edildikdən sonra agentliyin kibertəhlükəsizlik mütəxəssisləri resursu təcrid ediblər. Ehtiyat tədbiri olaraq hadisənin bütün təfərrüatları aydınlaşdırılana qədər platformaya giriş dayandırılıb.

AFP-dən vurğulanıb ki, hazırda kiberhücumda əli olan şəxslər barədə məlumat yoxdur.

Mətləb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью