Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese İrlandiya Parlamentinin Avropa İşləri Komitəsində deputat və senatorların suallarını cavablandırıb.
"Cebheinfo.az" xəbər verir ki, Albanese İsrailin fələstinlilərə qarşı əməllərini və Avropa ölkələrinin bu prosesdəki rolunu tənqid edib.
O, Avropanı İsrailin Fələstin torpaqlarını müstəmləkəyə çevirməsinə şərik olmaqda ittiham edib. Albanese İrlandiyanı Avropa İttifaqına (Aİ) sədrliyi dövründə beynəlxalq hüquq normalarının qorunması üçün imkanlarından istifadə etməyə çağırıb.
BMT rəsmisi həmçinin ölkəni digər Aİ üzvlərini də bu istiqamətdə addımlar atmağa təşviq etməyə səsləyib:
“İsrail bir xalqı kökündən məhv edir, uşaqları öldürür, məhkəməsiz edamlar təşki edir, insanları qanunsuz həbs edir, onlara işgəncə verir, zorlayır. Fələstinlilərə qarşı ilk zorlanma hadisəsi 1948-ci ildə qeydə alınıb. Bu halların sayı xeyli artsa da, hazırda onların sonu görünmür. Üstəlik, bütün bunların arxasında məhv etmək niyyəti də var”.
O, İrlandiya hökumətini prinsipial mövqe tutmağa və digər ölkələri də bu istiqamətdə addımlar atmağa təşviq etməyə çağırıb:
“Aİ-yə sədrlik İrlandiya üçün beynəlxalq hüquqa sadiqliyini və Avropa dəyərlərinə əsaslanan prinsipial liderliyini nümayiş etdirmək baxımından tarixi fürsətdir. Bu, həm də ölkənin zülmə, təzyiqlərə, istismara və müharibəyə məruz qalan insanları, eləcə də ətraf mühiti qorumaq əzmini göstərmək üçün mühüm imkandır”.
Albanese işğal altındakı Fələstin torpaqlarında vəziyyəti təsvir etməkdə çətinlik çəkdiyini bildirib:
“Guya atəşkəs elan edilsə də, soyqırımı davam edir. Qəzza əhalisi dağıdılmış ərazinin cəmi üçdə birində yaşamağa məcbur edilib. İsrail isə işğalını heç bir maneə ilə üzləşmədən genişləndirir. Son üç ildə İsrail 74 min 500-dən çox fələstinlini öldürüb. Onların ən azı 21 min 700-ü uşaqdır. Bu, gündə orta hesabla 20 uşağın öldürülməsi deməkdir”.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin