Icma.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ-də bir brendin reklam çəkilişində iştirak edən model, müqavilə müddəti başa çatdıqdan sonra da süni intellekt vasitəsilə yaradılmış rəqəmsal klonunun müxtəlif kampaniyalarda istifadə edildiyini iddia edərək məhkəməyə müraciət edib.
"Cebheinfo.az" xəbər verir ki, Dominikan Respublikasında anadan olan 28 yaşlı model Françeska Puxols ABŞ-nin pərakəndə satış markası “Rainbow”un reklam kampaniyasında iştirak edib.
O, 2024-cü ilin sentyabrından 2025-ci ilin martınadək qüvvədə olan müqavilə imzalayıb. Çəkilişlər zamanı model ağ fonda sadə və peşəkar pozalar verib. Lakin sonradan yayımlanan reklamlarda özünün vermədiyi pozalarla təqdim olunduğunu görüb.
Puxols bunun süni intellekt vasitəsilə yaradılmış rəqəmsal klonu olduğunu müəyyənləşdirib. Bu səbəbdən model şirkətə qarşı məhkəmə iddiası qaldırıb.
Puxols həmin materialların karyerasına və nüfuzuna zərər vurduğunu deyir. Model vurğulayır ki, imzaladığı müqavilə yalnız fotoların kəsilməsi və kiçik üslub dəyişiklikləri kimi məhdud redaktələrə icazə verib, süni intellekt vasitəsilə yeni görüntülərin yaradılmasını isə əhatə etməyib.
Şirkət isə bütün görüntülərin hüquqa uyğun şəkildə istifadə olunduğunu iddia edir.Məhkəmə prosesinin nəticəsinin süni intellekt dövründə modellərin rəqəmsal hüquqları ilə bağlı presedent formalaşdıracağı gözlənilir.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin