Frank de Bleker: İnsan faktoru olan yerdə səhvlər qaçılmazdır

11.04.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Son bir ildə Azərbaycan hakimliyi inkişaf etsə də, bəzi matçlarda müəyyən səhvlər qeydə alınıb".

İdman.biz xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Frank de Bleker qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.

O, hakimlikdə müəyyən problemlərin olduğunu etiraf edib: "Hakimliklə bağlı müəyyən çatışmazlıqlar var. Fikrimcə, belə halların yaşanması normaldır. Biz "Pley station" oynamırıq, hakimlər də insandır, robot deyil. İnsan faktoru olan yerdə səhvlər qaçılmazdır".

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью