Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Almaniyanın Frankfurt (Oder) şəhərində 19 yaşadək boksçular arasında beynəlxalq turnir başa çatıb. Azərbaycan millisi yarışda 6 medal qazanıb.
Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, U-19 komandamızın heyətində Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Sübhan Babayev (60 kq) gümüş, Toğrul Quliyev (60 kq), Şahin Aslanov (65 kq) və Səftər Məmmədzadə (+90 kq) bürünc medala sahib olublar.
Qabil YUSİFOĞLU
XQ