Fransa 2026 cı ildə 310 milyard avro borc götürəcək

15.10.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gələn il Fransa bütün xərclərini qarşılamaq üçün 310 milyard avro həcmində borc götürməli olacaq.

APA xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Fransa Maliyyə Nazirliyindən bildirilib ki, ölkə büdcə kəsirini maliyyələşdirmək və mövcud borclarını refinanslaşdırmaq məqsədilə 310 milyard avro borc götürəcək ki, bu da rekord məbləğ hesab olunur.

Qeyd olunur ki, bu göstərici əvvəlki rekord borclanma səviyyəsindən 10 milyard avro çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью