Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
DÇ-2026-da üçüncü yer uğrunda oyun keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gələcək.
Qarşılaşma iyulun 19-na keçən gecə ABŞ-nin Mayami şəhərində yerləşən “Mayami Stadium”da baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.
Xatırladaq ki, Fransa yarımfinalda İspaniyaya uduzaraq final şansını itirib. İngiltərə isə Argentina ilə görüşdə məğlub olub.
Qeyd edək ki, DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Bu oyun isə iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
DÇ-2026
3-cü yer matçı
01:00. Fransa - İngiltərə
***
Matç başladı.
***
Rays 3-cü dəqiqədə İngiltərəni hesabda önə keçirir.
***
Konsa 19-cu dəqiqədə hesabı 2:0 edir.
***
İngiltərə Fransaya 3-cü qolu vurur. Saka 37-ci dəqiqədə fərqlənir.
***
İngiltərə 4-cü qolu vurur. Saka 45+2-ci dəqiqədə dubl edir.
***
Matçda fasilə.
***
İkinci hissə başladı.
***
Mbappe hesab arasındakı fərqi azaldır. O, 48-ci dəqiqədə rəqib qapısına yol tapır.
***
Barkola fərqi 2 topa endirir.
***
Kilian Mbappe fərqi minumuma endirir. O, 67-ci dəqiqədə fərqlənir.