Fransa ABŞ yə öz bazalarında qoşun yerləşdirməyə icazə verib

05.03.2026

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa ABŞ-nin döyüş təyyarələrinin Yaxın Şərqdəki hərbi bazalarında müvəqqəti yerləşdirilməsinə icazə verib.

"Report" xəbər verir ki, bu barədə Fransa KİV ölkənin Baş Qərargahının nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ təyyarələrinin yerləşdirilməsi Paris ilə Vaşinqton arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

"ABŞ ilə münasibətlərimiz çərçivəsində onların təyyarələrinin bazalarımızda müvəqqəti yerləşdirilməsinə icazə verilib", - Baş Qərargahın nümayəndəsi bildirib.

O qeyd edib ki, bu təyyarələr Fransanın Fars körfəzindəki tərəfdaş ölkələrinin müdafiəsinə kömək edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью