Fransa adasını qasırğa vurdu

28.02.2025

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Fransanın Hind okeanındakı Reunion adasını dağıdıcı Garance siklonu vurub, nəticədə bir neçə yerli sakin xəsarət alıb.
Məlumatda deyilir ki, Madaqaskar sahillərindəki Hind okeanının adalarından birinin şimalını qasırğa vurub, evlərin damları uçub və bir çox sakin işıqsız qalıb.
Agentliyin məlumatına görə, küləyin maksimal sürəti saniyədə 43 metrə çatıb. Təbii fəlakət nəticəsində 3 nəfər xəsarət alıb, iki nəfər itkin düşüb. Binalara, o cümlədən yaşayış binalarına da ziyan dəyib, 180 minə yaxın evin elektrik enerjisini kəsib.
Əlverişsiz hava şəraitinin martın 1-dək davam edəcəyi gözlənilir.
Əfsanə Kamal
Demokrat.az  

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью