Fransa, Almaniya və İngiltərədən Türkiyə bəyanatı

11.10.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

E3 ölkələri  olan İngiltərə, Almaniya və Fransadan verilən ortaq açıqlamada ölkə liderləri Starmer, Makron və Merzin telefon danışığında Qəzzada qüvvəyə minən atəşkəsi müzakirə edilib.
Ölkə.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz məhbusların azad edilməsinə və Qəzzaya humanitar yardımın daxil olmasına şərait yaradacaq atəşkəs razılaşmasının qüvvəyə minməsindən məmnunluqlarını ifadə ediblər.
E3 liderləri verdikləri  birgə bəyanatda  Prezident Trampın bu məsələdəki rəhbərliyini, vasitəçilər Türkiyə, Qətər, Misirin diplomatik səylərini və razılığa nail olmaq üçün daha geniş regionun həyati dəstəyini yüksək qiymətləndiriblər.
Bəyanatda bütün tərəfləri gecikdirmədən öhdəliklərini yerinə yetirməyə çağırıb və E3 ölkələrinin planın gələcək mərhələlərini dəstəkləməyə davam edəcəyi bildirilib.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью