Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Millətlər Liqasında üçüncü yer uğrunda görüşdə Fransa millisi Almaniya yığması ilə qarşılaşıb.
Bakupost.az xəbər verir ki, Fransa millisi “Real Madrid”in hücumçusu Mbappenin qolu və məhsuldar ötürməsi sayəsində 2:0 hesabı ilə qalib gəlib.
İkinci fransız qolu isə “Bavariya”nın futbolçusu Mixael Oliseh vurub.
Qeyd edək ki, Portuqaliya və İspaniya yığmaları arasında final oyunu bu gün saat 23:00-da Münhendə olacaq.