Fransa Avropanın ABŞ a qarşı cavab tədbirləri ilə bağlı qərarını dəstəkləyir

08.04.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa ABŞ-ın Avropa mallarına tətbiq etdiyi rüsumlara qarşı sərt cavab tədbirlərinin tərəfdarıdır və Avropa Komissiyasının ABŞ mallarına 25% rüsum tətbiq etmək qərarını dəstəkləyəcək.

APA xəbər verir ki, bunu Fransanın XİN rəhbərinin Avropa məsələləri üzrə nümayəndəsi Benjamin Həddad BFMTV telekanalının efirində deyib.

“Əgər biz gərginliyin azaldılmasını istəyiriksə, ABŞ-la danışa bilmək istəyiriksə, buna cavab verə və iqtisadi ziyan vura biləcəyimizi nümayiş etdirməliyik.”, - o bildirib.

Haddad Avropanın cavab tədbirlərinin hansı mallara şamil olunacağı ilə bağlı məlumat verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью