Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransanın ən böyük həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyasının (CGT) baş katibi Sofi Bine ölkədəki iqtisadi vəziyyəti sərt tənqid edib.
Modern.az xəbər verir ki, Bine Fransanı “Avropanın xəstə ölkəsi” adlandırıb.
Onun sözlərinə görə, Fransa tənəzzülün astanasında dayanan azsaylı ölkələrdən birinə çevrilib. Həmkarlar ittifaqının rəhbəri yaranmış vəziyyətə görə Prezident Emmanuel Makronun iqtisadi siyasətini günahlandırıb.
Sofi Bine qarşıdakı qışın çoxsaylı tətillər səbəbindən ölkə üçün çətin keçəcəyini də bildirib.