Fransa Azərbaycan millisini “Park de Prens”də qəbul edəcək

18.04.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Fransa millisinin DÇ-2026-nın seçmə mərhələsində ev oyunlarını keçirəcəyi arena müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı Fransa Futbol Federasiyasının mətbuat xidməti yayıb. 

Didye Deşamın baş məşqçisi olduğu komanda qrupdakı bütün görüşlərini PSJ klubuna məxsus “Park de Prens” stadionunda keçirəcək. 

Azərbaycan millisinin də yer aldığı D qrupunda İslandiya və Ukrayna yığmaları da mübarizə aparacaq. Qeyd edək ki, millimiz Fransa ilə səfər oyununu oktyabrın 10-da keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью