Turkstan.az saytına istinadən Icma.az xəbər verir. Qərbi Zəngəzurda davam edən konsulluq yarışında Fransa İrandan sonra nəticə əldə edən iki
Burada sual doğuran bir məqam var: Fransanın konsulluğu hansı istiqamətdə fəaliyyət göstərəcək?
Konsulluq fəaliyyətinin təmsil etdiyi ölkənin vətəndaşları ilə işləmək olduğu və Zəngəzur bölgəsində Fransa vətəndaşlarının yaşamadığı faktı fonunda da bu sual aktuallaşır.
Gorusda açılan Fransa konsulluğunun iki mümkün missiyası var. Birincisi, Fransanın kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərə bilər.
Zəngəzur bölgəsində mövqelənən rəsmi Parisin Azərbaycana, o cümlədən, İrana (Tehran və Paris Ermənistan üzərində ortaq mövqedən çıxış etsə də, regional maraqlarında toqquşan nöqtələr var) və Rusiyaya qarşı bu cür fəaliyyətləri istisna edilməməlidir.
O da istisna deyil ki, konsulluq bu missiyanı Avropa İttifaqının bölgədəki müşahidə missiyası ilə koordinasiyalı şəkildə həyata keçirəcək.
İkincisi, həm də ən əsası konsulluğun açılması Fransanın Zəngəzur üzərindən bölgədəki mövqelərini, xüsusilə regional kommunikasiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi daşıyır.
Qərbi Zəngəzur Cənubi Qafqazda kommunikasiyanın açılmasında – bunun bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsinin bir hissəsi olduğu amili nəzərə alınmalıdır – strateji bölgədir.