Fransa baş naziri məktəbdə seksual zorakılığın gizlədilməsi işi üzrə dindiriləcək

11.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransanın Baş naziri Fransua Bayru təhsil naziri olduğu dövrdə Notr-Dam-de-Bettaram katolik məktəbində şagirdlərə qarşı seksual zorakılığın ört-basdır edilməsi işi üzrə dindiriləcək.

Bu barədə Oxu.Az BFMTV telekanalına istinadən xəbər verir.

Dindirmə mayın 14-də baş tutacaq. Ümumilikdə, zərər çəkmiş keçmiş tələbələr tərəfindən 200-dən çox şikayət daxil olub.

Onlar 14 keşiş tərəfindən fiziki və ya seksual zorakılığa məruz qaldıqlarını bildirirlər.

F.Bayru məktəbdə baş vermiş zorakılıq aktlarından xəbərdar olmaqda ittiham olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью