Fransa Beynəlxalq Məhkəmənin qərarını dəstəkləyib

22.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Fransa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın  həbs qərarını dəstəkləyir".

Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemoine deyib.

O, bildirib ki, ICC beynəlxalq sabitliyin təminatçısıdır və onun qərarları bütün hallarda həyata keçirilməlidir.

"Cəzasızlıqla mübarizə bizim prioritetimizdir. Fransa BCM-nin qərarını dəstəkləməyə davam edəcək", - deyə qurum rəsmisi qeyd edib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью