Unikal.az saytına istinadən Icma.az xəbər verir. Fransa Əlcəzairin 12 fransız diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Əlcəzairdək
"Unikal" xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb.
"Fransa Əlcəzair hökumətinin ölkənin Əlcəzairdəki səfirliyində çalışan 12 diplomatı ölkədən çıxarmaq qərarını şiddətlə pisləyir.
Respublika prezidenti Emmanuel Makron Fransanın Əlcəzairdəki səfiri cənab Stefan Romateni məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”.", - Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
XİN “Əlcəzair hakimiyyətinin ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsinə görə məsuliyyət daşıdığını” vurğulayıb.
"Bununla əlaqədar Fransa qarşılıqlı tədbirlər görəcək və Əlcəzairin Fransada yerləşən diplomatik və konsulluq xidmətinin 12 əməkdaşını ölkədən çıxaracaq", - kommünikedə deyilir.
Xarici İşlər Nazirliyi Fransanın öz maraqlarını müdafiə edəcəyini və "Əlcəzairin xüsusilə milli təhlükəsizlik və miqrasiya məsələlərində öz öhdəliklərinə tam əməl etməsini tələb etməyə davam edəcəyini" vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.