Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

09.10.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa hakimiyyəti Nigerin ölkədəki səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək ölkədən çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Fransanın diplomatik mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Niger kəşfiyyatının nümayəndələri olan hər iki əməkdaş sentyabrın ortalarında ölkədən çıxarılıb.
İki ölkə arasında münasibətlərin mürəkkəb olmasına baxmayaraq, onlar Parisdə fəaliyyət göstəriblər.
Fransa hakimiyyəti ikitərəfli əməkdaşlığın olmaması səbəbindən həmin şəxslərin ölkədə qalmasını əsassız hesab edib.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью