“Fransa Çaddan qoşunların çıxarılmasını başa çatdırdı” “Tchadinfos”

31.01.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Fransa Ncamenadakı Adji Kossei hərbi bazasını rəsmi olaraq Çad Silahlı Qüvvələrinə təhvil verib və bununla da kontingentinin ölkədən çıxarılmasını başa çatdırıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tchadinfos” portalı məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl fransız əsgərləri Faya-Larjo və Abeşdəki bazalarını tərk edib. 29 noyabr 2024-cü ildə Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini elan etdi və dekabrın 20-də bütün qoşunların 31 yanvar 2025-ci ilə qədər ölkədən çıxarılmasını tələb etdi. Bu yaxınlarda Çadda Fransa Silahlı Qüvvələrinin 1000-ə yaxın şəxsi heyəti üç bazada - paytaxt Ncamenada, Faya-Larjo və Abeşdə yerləşdirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью