Fransa çempionatında matç kütləvi dava ilə nəticələndi

22.11.2025

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa çempionatının 13-cü turu çərçivəsində "Nitsa" və "Marsel" komandaları arasında keçirilən matçın birinci hissəsinin ortalarında kütləvi dava baş verib.

Bu barədə məlumatı "Çempionat" yayıb.

Bildirilir ki, həngamə "Marsel" komandasının 33-cü dəqiqədə ikinci qolu vurmasından sonra başlayıb.

Əvvəlcə tribunadan "Marsel"in müdafiəçisi Emersona nəsə tolazlayıblar. Münaqişə başlayıb və tezliklə rəqib komandanın futbolçuları arasında dava qızışıb. Baş hakim Jeremi Pinyar ehtiyat skamyasında oturmuş oyunçulara - qapıçı Xeronimo Rulyiyə ("Marsel") və müdafiəçi Əli Abdiyə ("Nitsa") sarı vərəqə göstərib.

Nitsada keçirilən matç "Marsel"in inamlı qələbəsi ilə başa çatıb - 5:1.

Hazırda bu komanda Fransa çempionatının turnir cədvəlində liderlik edir, "Nitsa" isə "Liqa 1"də doqquzuncu yerdə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью