Fransa çempionatının formatı dəyişə bilər

14.05.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa çempionatının yüksək divizionu olan Liqa 1-in formatı dəyişə bilər.

QOL.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb.

Liqa 1-də çempionluq uğrunda mübarizə aparmaq üçün pley-off mərhələsi təşkil oluna bilər.

Xəbərdə qeyd olunub ki, Liqa 1 rəhbərliyi rəqabətin artması üçün islahatlar planlaşdırır. Çünki son illərdə Liqa 1 kommersiya cəlbediciliyini itirib.

Mümkün islahatlardan biri mövsümün əsas hissəsindən sonra Liqa 1-də 4 ən güclü komanda arasında ölkə çempionunu müəyyən edəcək pley-offun tətbiqi ola bilər. Pley-offun iki yarımfinal və bir finaldan ibarət olması planlaşdırılır.

Gözlənilir ki, bütün klublar bu ideyaya müsbət yanaşmayacaq. Çünki bəzi komandalar matçların sayının çoxluğundan şikayətlənəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью