Fransa Dəməşqdə 12 il sonra bayrağını qaldırdı, amma...

17.12.2024

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Suriyanın paytaxtı Dəməşqdəki səfirliyi üzərində 12 ildən sonra bayrağını qaldırıb.

Axar.az xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb.

Qeyd edilib ki, bundan əvvəl Fransa ölkə prezidenti Bəşər Əsədin devrilməsindən sonra siyasi və təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün Suriyaya diplomatlar qrupu göndərib. Ancaq diplomatlar orada qalmayacaq və səfirlik binası üzərində bayrağın qaldırılması səfirliyin yenidən fəaliyyətə başlaması demək deyil.

Fransa 2012-ci ildə Dəməşqlə diplomatik əlaqələri dayandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью