Fransa donanmasının basqın etdiyi türk gəmisində 9 ton kokain ələ keçirilib

27.01.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Fransa Hərbi Dəniz Qüvvələri Cənubi Amerika sahillərindəki Martinik adası yaxınlığında İstanbuldan yola düşən Haliç-Equality gəmisində əməliyyat keçirib.

Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “sozcu.com.tr” saytı məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, əməliyyat zamanı 9 tondan çox narkotik vasitə götürülüb. Müsadirə edilən narkotiklərin bazar dəyərinin 3 milyard dollardan çox olduğu bildirilir. Haliç-Equality adlı gəmi H.B.T. adlı türk gəmi sahibinə məxsusdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью