Fransa Dünya Çempionatından geri çəkilmir | Icma.az
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa hökuməti futbol üzrə 2026 Dünya Çempionatının mümkün boykotu ilə bağlı yayılan iddialara münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Fransanın idman naziri Marina Ferrara bu məsələ ilə bağlı danışarkən bildirib ki, hazırkı mərhələdə Fransa tərəfinin turniri boykot etmək niyyəti yoxdur.
Nazir vurğulayıb ki, idman və yarışlar siyasətdən ayrı saxlanmalıdır.
Ferraranın sözlərinə görə, bəzi siyasi dairələrdən boykot çağırışları səslənsə də, Fransa hökumətinin mövqeyi dəyişməz qalır.
Onun fikrincə, futbol üzrə Dünya Çempionatı bütün idmansevərlər üçün son dərəcə vacib hadisədir və bu cür turnirlər siyasi mübahisələrin predmeti olmamalıdır.
Qeyd edək ki, 2026 Dünya Çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək və tarixdə ilk dəfə 48 milli komanda turnirdə iştirak edəcək.
Fransa yığmasının yarışa qatılması ilə bağlı hər hansı rəsmi dəyişiklik planlaşdırılmır.
Tam oxu
Xəbəri oxu