Fransa əlcəzairlilərə viza güzəşti etməyəcək

23.07.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Paris Əlcəzair vətəndaşlarına viza verilməsi ilə bağlı heç bir kəmiyyət hədəfi müəyyən etməyib və viza siyasətini yumşaltmaq niyyətində deyil.

Bunu ölkə Prezidenti Emmanuel Makron dünən Nazirlər Şurasının iclasında bildirib. Bəyanat Fransanın Əlcəzairdəki səfirinin geniş əks-səda doğurmuş sözlərinə cavab olaraq səsləndirilib. Hökumətin rəsmi nümayəndəsi Mod Brejon prezidentdən sitat gətirərək bildirib ki, Fransa Əlcəzair vətəndaşlarına əvvəlki kimi ildə 250 min viza verməyi qarşısına məqsəd qoymayıb və onlara münasibətdə viza siyasəti yumşaldılmayacaq.

Onun sözlərinə görə, dövlət başçısı Fransanın Əlcəzairdəki səfiri Stefan Romatenin bu yaxınlarda verdiyi bəyanatlara açıq şəkildə düzəliş etmək qərarına gəlib. “Viza sayı ilə bağlı heç bir konkret hədəf yoxdur və Fransa bu məsələdə heç bir güzəştə getmir”, - Brejon Makronun sözlərindən sitat gətirib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью