Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Paris Usmanovu sanksiya siyahısından çıxarmağa çalışır və bunun müqabilində Azərbaycanda saxlanılan Fransa vətəndaşlarının azad edilməsini təmin etməyə ümid edir. Bu barədə “Euronews” məlumat yayıb.
Danışıqlarla tanış olan bir neçə rəsmi və diplomatın sözlərinə görə, Fransa Azərbaycanda saxlanılan naməlum sayda Fransa vətəndaşının azad edilməsini təmin etmək məqsədilə rusiyalı-özbəkistanlı iş adamı Əlişir Usmanovu Aİ-nin sanksiya siyahısından çıxarmağa çalışır.
Fransanın mövqeyi Brüsseldə Rusiyaya qarşı Aİ sanksiyalarının uzadılması səylərini çətinləşdirib. Bu sanksiyalar Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsini dəstəkləməkdə ittiham olunan təxminən 3000 şəxs və təşkilata şamil edilir. Tədbirlərin bu ay başa çatması planlaşdırılır.
İlkin çıxılmaz vəziyyət Slovakiyanın mövqeyi ilə əlaqələndirilirdi və Slovakiya uzun müddətdir ki, özünün irəli sürdüyü səbəblərə görə Usmanovu sanksiya siyahısından çıxarmağa çalışırdı.
“Euronews”-un verdiyi məlumata görə, Fransa Bratislavanın ona qarşı sanksiyaları ləğv etmək çağırışlarına qoşulub və bu, diplomatlar üçün sürpriz olub.
Aİ səfirləri bazar ertəsi günü sanksiyaları daha bir həftə, 22 sentyabra qədər uzatmaq barədə razılığa gəliblər və bu da üzv dövlətlərə kompromis tapmaq üçün daha çox vaxt verəcək. Razılığa gəlinməsə, bütün Rusiya vətəndaşları siyahıdan çıxarılacaq.
Anonimlik şərti ilə danışan bir rəsmi şəxs bildirib ki, “Fransanın geri çəkilmək niyyəti yoxdur, amma bu, səhv vaxtda səhv siqnal olardı. Bir həftə ərzində nəyinsə dəyişəcəyinə əmin deyiləm”.
P.ƏMİRCANOV
XQ