Fransa Ermənistanın silahlandırılması proqramında iştirak edir Hikmət Hacıyev

12.12.2024

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır: 

"Təəssüf edirik ki, Fransa beynəlxalq hüquqa zidd olaraq Ermənistanın silahlandırılması proqramında iştirak edir. Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью