Fransa: Əsgərlərimiz zaman zaman Ukraynada olub

20.11.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransanın müdafiə naziri Ketrin Votren fransalı hərbçilərin zaman-zaman Ukraynada, döyüş bölgəsindən kənarda olduqlarını bildirib.

Sherg.az xəbər verir ki, Votren Senatda çıxışı zamanı Fransanın 2022-ci ildən Ukraynaya hərbi dəstək verdiyini deyib.

Nazirin sözlərinə görə, hərbi texnikanın istifadəsi və texniki hazırlığı üçün bəzi fransalı hərbçilər Ukraynada yerləşdirilib. O, Fransanın münaqişəyə qoşulmaq niyyətində olmadığını vurğulayıb.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada fransalı hərbçilərin olduğunu bildirərək bunu müharibədə birbaşa iştirak kimi qiymətləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью