Fransa əsrlər boyu davam etdirdiyi müstəmləkə siyasətindən əl çəkmir MÜNASİBƏT BİLDİRİLDİ …
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Məlum olduğu kimi artıq neçə müddətdir ki, Fransanın müstəmləkəsi altında olan Martinik adasında etirazlar davam edir.
Yaşayış xərclərinin artırılması ilə əlaqədar narazılıqlar artıq kütləvi aksiyalara çevrilib".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, Fransanın müstəmləkə altında saxladığı Yeni Kaledoniya, Qvadelupa və Mayotdan sonra, sentyabrın əvvəlindən etibarən Martinikdə də bahalığa qarşı etiraz nümayişləri keçirilməyə başlanıb.
Etirazçıların səsini boğmağa çalışan Makron hakimiyyəti hələ sentyabrın əvvəlindən adaya xüsusi çevik qüvvələr yerləşdirib.
İndi isə yüzlərlə fransız polisinin əhaliyə divan tutmaq üçün göndərilməsi planlaşdırılır.İnsanlar haqlı olaraq Rəsmi Parisin müstəmləkəçilik siyasəti nəticəsində gündən-günə yoxsullaşmanı qəbul etmək istəmirlər.
Onsuz da həyatı, dolanışığı dözülməz həddə çatmış martiniklilərin ərzaq və gündəlik tələbat mallarının qiymətinin davamlı artımı onları bu addımları atmağa vadar edib.
Tam oxu
Xəbəri oxu