Fransa etirazların öhdəsindən gələ bilmir: bir günə 219 həbs

15.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Fransada şənbə günü keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanları 219 nəfəri saxlayıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Modern.az xəbər verir ki, ölkə üzrə təşkil olunan 137 aksiyada ümumilikdə 106 minə yaxın insan iştirak edib. Onlardan təxminən 24 mini Paris küçələrinə çıxıb.

Nümayişçilər əsasən qiymət artımına və polisin etirazçılara qarşı sərt davranışına etiraz ediblər. Paytaxtda hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edib. Toqquşmalar nəticəsində xəsarət alanların olduğu bildirilir.

Etiraz dalğası sentyabrın ortalarında Parisətrafı ərazilərdə məktəblilərin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə başlayıb. Daha sonra yaşayış xərclərinin artmasından narazı vətəndaşlar da aksiyalara qoşulublar.

Etirazların ən yüksək həddi oktyabrın 17-də qeydə alınıb. Həmin gün Daxili İşlər Nazirliyinin məlumatına görə, ümumölkə miqyaslı nümayişlərdə təxminən 550 min nəfər iştirak edib. Asayişi təmin etmək üçün polis gözyaşardıcı qaz, səs qumbaraları və su şırnaqlarından istifadə edib.

Etirazçılar arasında məktəblərin infrastrukturunun yenilənməsi və qiymət artımının qarşısının alınması tələbləri ön plana çıxıb. Fransa hakimiyyəti isə sosial gərginliyi azaltmağa yönəlmiş kompleks tədbirlər paketini hələ açıqlamayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью