Fransa Fələstin bayrağının dalğalandırılmasını qadağan edib

19.09.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa Daxili İşlər Nazirliyi ölkənin bütün bölgələrinin merlərinə gələn həftə ictimai yığıncaq binalarında Fələstin Dövlətinin bayrağını dalğalandırmamağı tapşırıb.

APA Fransa mətbuatına istinadən xəbər verir ki buna səbəb, Fransanın növbəti həftə BMT Baş Assambleyasının iclasında Fələstini dövlət kimi tanıyacağı və buna görə də neytrallığı qorumaq istəyidir.

“İctimai xidmətdə tərəfsizlik bu cür nümayişləri qadağan edir. Fələstin bayraqlarının dalğalandırılması ilə bağlı hər hansı bir mer qərar verərsə, bu qərar məhkəmələrə yönləndirilməlidir”,- daxili işlər nazirliyi açıqlamada bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью