Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

09.09.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa Futbol Federasiyası (FFF) qarşıdan gələn FİFA prezident seçkilərində hazırkı qurum rəhbəri Canni İnfantinonu dəstəkləməmək qərarına gəlib.

Moderator.az xəbər verir ki, federasiyanın icraiyyə komitəsinin bu qərarı sentyabrın 10-da açıqlaması gözlənilir.

İnfantino daha əvvəl dünya çempionatına özəl investisiya cəlb etmək planını açıqladığı üçün tənqid olunub. UEFA, CONCACAF və Asiya Futbol Konfederasiyası (AFC) bu təklifə qarşı çıxıb.

Bundan başqa, UEFA-nın dünya çempionatının yayım və kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması təşəbbüsü ilə bağlı İnfantinoya qarşı cinayət işi açmağa hazırlaşdığı bildirilib.

Qeyd edək ki, Canni İnfantino 2016-cı il fevralın 26-dan FİFA prezidenti vəzifəsini tutur. Növbəti prezident seçkiləri 2027-ci ilin aprelində Mərakeşdə keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью