Fransa geri çəkildi: Durov buna da nail oldu

13.11.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Telegram”ın təsisçisi Pavel Durov Fransadan çıxışını məhdudlaşdıran məhkəmə nəzarətinin ləğvinə nail olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” və AFP mənbələrə istinadla məlumat yayıb.

Fransa hakimiyyətinin 10 noyabrda qəbul etdiyi qərara əsasən, Durov yenidən sərbəst şəkildə ölkədən çıxa bilər və artıq yerli polis idarəsində mütəmadi qeydiyyatdan keçməyə məcbur deyil.

Pavel Durov 2024-cü ilin avqustunda Fransada saxlanılmışdı. Ölkə hakimiyyəti “Telegram”ın təsisçisini səlahiyyətli orqanların sorğularına cavab verməkdən imtina etməkdə, haker proqramlarının və azyaşlıların pornografik xarakterli təsvirlərinin yayılmasında iştirak etməkdə, həmçinin cinayət yolu ilə əldə olunmuş pulların yuyulmasında ittiham etmişdi.

Durova Fransadan hüquq-mühafizə orqanlarının icazəsi olmadan çıxmaq qadağan edilmişdi. O, BƏƏ vətəndaşı olduğu üçün Dubaya səfərlər üçün belə icazə almışdı. Bununla yanaşı, Paris prokurorluğu onun ABŞ və Norveçə səfər etmək üçün müraciətlərini rədd edirdi.(publika.az)

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью