Fransa hakimiyyətinə ağır zərbə ANALİZ | Icma.az
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda məhkəməsi keçirilən fransız casusu Martın Rayanın atası Riçard Rayan oğlunun Fransa hakimiyyəti tərəfindən istifadə edildiyini bildirib Avropanın Fransa, Belçika, Almaniya, Niderland və digər dövlətləri dərin iqtisadi, siyasi böhran keçirirlər.
Daxili siyasətdə olduğu kimi xarici siyasətdə də həlli mümkün olmayan problemlər yaşayırlar.
Səbəbi isə hakimiyyətdə olan faşist düşüncəyə və təfəkkürə sahib rəhbərlərin səhv, yanlış siyasət yürütmələri, eləcə də dünyanın azad, demokratik dövlətlərinə qarşı şər və böhtan xarakterli ədalətsiz mövqe sərgiləmələridir.
Azərbaycana qarşı sözügedən dövlətlərin nümayiş etdirdikləri qərəzli siyasət qeyd olunanlara misal ola bilər.
44 günlük Vətən müharibəsində Azərbaycan 30 illik erməni işğalına son qoyub, ərazi bütövlüyünü bərpa etdikdən sonra Fransa, Belçika, Almaniya, Niderland ölkəmizə qarşı açıq “informasiya müharibəsi” təşkil etdilər.
Sözügedən ölkələrin KİV-ləri və erməni lobbisindən maliyyələşən hakimiyyət nümayəndələri, parlamentlərin deputatları Azərbaycan haqında şər və böhtan xarakterli açıqlamalar verir, videolara paylaşırlar.
Xüsusilə də Fransanın prezidenti Makron başda olmaqla deputat korpusu, dərnək düşüncəsindən uzağa getməyən KİV təmsilçiləri daha çox hədəf seçiblər.
Tam oxu
Xəbəri oxu