Fransa hərbi birləşmələri Çaddan çəkilməyə başladı

21.12.2024

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çad və Fransa arasında əməkdaşlıq müqaviləsi başa çatdıqdan sonra Fransa hərbi birləşmələri ölkəni tərk etməyə başlayıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Çad Baş Qərargahından verilən açıqlamada Fransa döyüş təyyarələrinin Çaddan çıxarılmasının ardından hərbi hissələrin də çıxarılmasının başladığı bildirilib.

Bəyanatda Fransanın hərbi hissələrinin və texnikasının ölkədən çıxarılmasının yanvarın sonunda başa çatdırılacağı açıqlanıb. Fransa döyüş təyyarələri dekabrın 10-da ölkəni tərk edib.

Çad hökuməti müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi ilə noyabrın 28-də Fransa ilə imzalanan müqaviləni ləğv etmək qərarına gəldiklərini açıqlayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью