Fransa hökuməti ilk etimadsızlıq səsverməsindən uğurla çıxıb

16.10.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa parlamentində Baş nazir Sebastiyan Lekornyunun hökumətinə etimadsızlıq səsverməsi keçirilib.

APA “France24”ə istinadən xəbər verir ki, hökumət ilk etimadsızlıq səsverməsindən uğurla çıxıb.

Solçu siyasətçilərin tələbi ilə keçirilən səsvermə zamanı hökumətə etimadsızlıq üçün 289 səs lazım olub, lakin lazımi səs toplanılmayıb, yalnız 271 nəfər lehinə səs verib.

Qeyd edək ki, qarşıda daha bir etimadsızlıq səsverməsi var.

Xatırladaq ki, Sebastiyan Lekornyu Prezident Emmanuel Makron tərəfindən Baş nazir təyin edildikdən sonra istefa versə də, siyasi böhran fonunda Makron yenidən Lekornyunu Baş nazir təyin edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью