Fransa hökumətindən büdcədə qənaət tələbi

17.09.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransa hökumətindən büdcədə qənaət tələbi.

Banco.az xəbər verir ki, Fransanın Baş naziri Sebastyan Lekornunun Fransanın “Le Figaro” qəzetinə verdiyi müsahibənin ilk hissəsi qəzetin internet səhifəsində yayımlanıb.

Lekornu Fransanın dövlət borcunun büdcə balansına getdikcə daha çox təzyiq göstərdiyini bildirərək 2027-ci il büdcəsində 54 milyard avro qənaət edilməsini istəyib.

Lekornu deyib: “Bu qənaət tədbirləri hər il qarşısıalınmaz şəkildə artan xərclərin tempini azaltmağa kömək edəcək. Əhalinin yaşlanması sosial hesablarına təsir göstərir”.

Tədbir görülmədiyi təqdirdə sosial təminat qurumunun xərclərinin 22 milyard avro artacağını qeyd edən Lekornu faiz dərəcələrini yüksəldən geosiyasi vəziyyət səbəbindən ölkəsinin dövlət borcunu ödəmək üçün əlavə 10 milyard avro tapmalı olacağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью