Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
İrana zərbə endirmək ölkədə hakimiyyət dəyişikliyinə səbəb olmayacaq.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ABC kanalına müsahibəsində deyib.
“Düşünürəm ki, İranın nüvə silahı əldə etməməsi hamımız üçün çox vacibdir. Mənim üçün əsas məqsəd budur. Düşünmürəm ki, bir ölkəni bombalamaqla rejim dəyişikliyinə nail ola bilərsiniz. Bu, məncə, yaxşı seçim deyil, işə yaramır. Və biz son onilliklərdə bu səhvi bir neçə dəfə etmişik.
Fransa, sırf müdafiə xarakterli olması şərtilə, Hörmüz boğazından keçən gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq əməliyyatda iştirak edə bilər”, - o bildirib.